Millimizin lider olmaq şansı var

Hazırda oxunan: Millimizin lider olmaq şansı var

114731

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci turda Böyük Britaniya seçməsi ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı qarşılaşma saat 17:00-da başlayacaq. 

Digər matçda isə Malta və Kipr yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlib, Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin