Ötən gün keçmiş nəslin bəzi nümayəndələri köhnə Yeni il bayramını qeyd etdilər. Sosial şəbəkələrdə bununla bağlı az da olsa, yeni il təmtərağı hiss olundu. Bu arada Bakıdakı bir çox məşhur restoranlarda da “köhnə yeni il” mərasimləri təşkil olundu. Sosial platformalarda bununla bağlı əvvəlcədən planlaşdırılmış elanlara da rast gəlmək olurdu. Restoranların bu münasibətlə təşkil etdiyi xüsusi proqramlar, habelə müğənnilərin iştirakı ilə şou proqramlar Azərbaycanda da bu ənənənin hələ də qüvvədə olduğunu göstərir.
Əslində bu bayramı elə köhnə nəsil daha yaxşı bilir. Gəncliyi, uşaqlığı sovet dövründə, Rusiya ilə çiyin-çiyinə olduğu üçün bu bayram onlar üçün doğma sayılır.
Gənc nəslin mümayəndələri isə köhnə Yeni ilə o qədər həvəs göstərmirlər.
Tarixçilərin yazdıqlarına inansaq, köhnə yeni ili qeyd etmək ənənəsi ta qədimdən, hələ Yulian təqviminin vaxtından yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gun bayram kimi qeyd olunurdu.
1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda qeyd olunub ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır.
Yanvarın 14-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur.
Qeyd edək ki, Rusiyanın bütün televiziya kanalları örtən gün axşam Köhnə Yeni İllə bağlı xüsusi bayram proqramları təqdim ediblər.
Bu bayramı başqa ölkələr isə fərqli qeyd edirlər...
Bir çox ölkələrdə köhnə yeni il yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur.
Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.
Yeni ili yanvarın 14-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir.
Serbiyada bu bayram Serbiyanın Yeni ili adlandırılır.
Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.
Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir.
Maraqlıdır ki, qədim ənənələrdən biri də 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsidir.
Həmin vaxt evin yaşca böyük xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir.
Soba qızmamış heç kim ona əl vurmur. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirir. Deyilənlərə görə sıyıq dadlı və qaydasında alınanda yeni ili uğurlu və bərəkətli gəlir.
Qazanından daşmış, normasında alınmamış südlü sıyıq isə ailə üçün bərəkətsiz, uğursuz il hesab olunur.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:00 / 14.01.2023
Ruslar I Pyotrun bu qərarına niyə əməl etmir? – Köhnə Yeni İlin COĞRAFİYASI
Hazırda oxunan: Ruslar I Pyotrun bu qərarına niyə əməl etmir? – Köhnə Yeni İlin COĞRAFİYASI
Hazırda oxunan: Ruslar I Pyotrun bu qərarına niyə əməl etmir? – Köhnə Yeni İlin COĞRAFİYASI
114727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.