"Bir hücumçu transfer etmək istəyirik" - Ayxan Abbasov

Hazırda oxunan: "Bir hücumçu transfer etmək istəyirik" - Ayxan Abbasov

114712

"Toplanış plan üzrə gedir. Ötən gün hava şəraiti bir balaca planımızı dəyişdi. Amma bu gün (dünən - red) ikinci yoldaşlıq görüşümüzü oynadıq. Heyətimizlə bağlı Siyanda, Henri və Cavidin durumu bizi bir az üzür. Ümid edirəm ki, 3-cü oyunda onlardan da istifadə edəcəyik. İstəyirik ki, qısa müddətdə 3-cü, 4-cü dövrəyə hazır olaq. Bu matçda da mübarizəli oyun oldu. Futbolçular oyun yükünü ala bildilər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində  İsveçrənin 1-ci liqa təmsilçisi "Aarau"ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra "CBC Sport"a müsahibəsində deyib.

O, daha bir hücumçu transfer etmək istədiklərini vurğulayıb:

"Aşortia ilə qarşılıqlı razılaşma ilə yolları ayırdıq və dərhal Denisi transfer etdk. Çünki müdafiənin cinahlarında oyunçuya ehtiyacımız var idi. Çox istərdik ki, bir oyunçu da alaq. Rəhbərliklə bu barədə danışırıq. Bir hücumçu istəyirik. Amma hələ ki oyunçu bəyənməmişik. Bir futbolçunu sınaqdan keçirmişdik. İstədiyimiz oyunçu olsa, bir futbolçu da almaq istəyirik".

Mütəxəssis zədələrin onlar üçün böyük problem olduğunu vurğulayıb:

"Futbolçuları qorumağa çalışırıq. Ancaq çempionat elə bir nöqtədir ki, 4-5 gündən bir oyunlar olur. Bir oyun süni meydançada, digər oyun təbii meydançada... Futbolçular zədələnəndə ən çox oyunlarda zədələnirlər. Bir məşqçi olaraq köməklik edə bilmirik. Oyun tammübarizəlidir. Zədəli olsa belə biz bunu risk etməliyik. Amma bu təlim-məşq toplanışında futbolçuların daha çox fiziki göstəricilərini artırması və qarşıdakı zədələrə dözümlülük üçün işlər gedir. Ümid edirəm ki, qışdan sonra həmin o zədələri yaşamarıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin