Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Hazırda oxunan: Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

11469

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

Bizim.Media xəbər verir ki, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi məlum oldu


Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub.

Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.

"Opera Euro Rapid"

1/4 final

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2 (tay-breykdə 0,5:1,5)

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 0,5:2,5 (tay-breykdə 2:1)

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2:0

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2

1/4 finalın ilk oyun günündə qeydə alınan nəticələr

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin