Almaniya kansleri Olaf Şolts və İraqın Baş naziri Məhəmməd əl-Sudani Berlində keçirilən görüşdə təbii qaz tədarükü imkanlarını müzakirə ediblər.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə O.Şolts danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Almaniyaya mümkün qaz tədarükü barədə də danışdıq. Bu məsələ ilə bağlı intensiv əlaqə saxlamağa razılaşdıq”, - o əlavə edib.
Qeyd edək ki, Almaniya “Şimal axını”nda baş vermiş partlayışdan sonra Rusiyadan boru kəməri vasitəsilə təbii qaz almır. Nəticədə Almaniya mayeləşdirilmiş təbii qaz təchizatından asılıdır, yeni təchizatçılar axtarır və LNG terminalları tikir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:32 / 14.01.2023
Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını MÜZAKİRƏ ETDİ
114686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.