Zelenski Belarusa xəbərdarlıq etdi

Hazırda oxunan: Zelenski Belarusa xəbərdarlıq etdi

114605

“Belarus Rusiya tərəfindən müharibəyə cəlb olunarsa, bu, onun strateji səhvi olar”.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın TVP telekanalına müsahibəsində deyib.

O bildirib ki, Minsk Ukraynaya hücum etməkdən, Rusiyanın istəyini yerinə yetirməkdən qaçmalıdır:

“Rusiyanın məqsədi Belarusu savaşa cəlb etməkdir. Belarusluların vəzifəsi ölkənin Rusiya tərəfində müharibəyə tam cəlb olunmasının qarşısını almaq olmalıdır. Ölkələrini xilas etmək belarusluların işidir. Belarusun gələcəkdə sivil dövlətlər xəritəsində tutacağı yer bundan asılı olacaq”.

V.Zelenskinin fikrincə, Belarusun müharibəyə qoşulması həm strateji, həm də tarixi səhv olar.

Qeyd edək ki, Belarus hələ savaşa fəal şəkildə qoşulmayıb. Buna baxmayaraq, Rusiyanın Belarus ərazisindən hücumlar üçün istifadə etdiyinə dair məlumatlar yayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin