Türkan: “Xanımların “TikTok”a girməsini yaraşdırmıram, biabırçılıqdır” - VİDEO

Hazırda oxunan: Türkan: “Xanımların “TikTok”a girməsini yaraşdırmıram, biabırçılıqdır” - VİDEO

114587

““TikTok” sosial şəbəkə platforması biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm “TikTok”da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Həyat tərzi” verilişində deyib. 

Sənətçi “TikTok” sosial şəbəkə platformasını biabırçılıq adlandırıb:  

““TikTok”da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə...”. 

Türkan sözügedən sosial şəbəkə platformasını bəylərə yaraşdırsa da, lakin xanımların orada canlı yayımlar açmasını qınayıb: 

“Kişilərin “TikTok”a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların “TikTok”a girməsini onlara yaraşdırmıram. Olmaz!”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin