“Beynəlxalq ictimaiyyət İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edilməsi üçün səylərini artırmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əvvəllər SEPAH İran rejiminin mövcudluğunu təmin etmək üçün mexanizm idi:
“İndi isə inqilabın yayılması, rejimin qorunması üçün alətə çevrilib”.
Rza Pəhləvi beynəlxalq ictimaiyyətdən Tehrandakı hakimiyyətə təzyiqləri artıraraq İran xalqına daha çox dəstək verməsini istəyib.
O, İrandakı hakimiyyətin yaşamasını SEPAH-ın təmin etməsi, onun rejimin qalmasında oynadığı roldan danışaraq bu silahlı qruplaşmaya sanksiyanın tətbiqinin vacib olduğunu söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:24 / 13.01.2023
Rza Pəhləvi: "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır"
Hazırda oxunan: Rza Pəhləvi: "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır"
Hazırda oxunan: Rza Pəhləvi: "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır"
114572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.