Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin köməkçisi Vladimir Poqosyan Laçın yolunda blokadanın olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Noyan Tapan”ın efirində danışıb.
Belə ki, Poqosyan Xankəndinə uşaq qidalarının çatdırılmasını təşkil etməyə hazır olduğunu açıqlayıb. Teleaparıcının malları Xankəndinə necə çatdıracağı ilə bağlı sualına Poqosyan “bir yolunu tapacağıq” - deyə cavab verib.
Lakin teleaparıcı qonağına “Bəs Laçın yolunda blokada yoxdur?” sualını ünvanlayıb.
Poqosyan isə “Blokadadan kim danışıb?” – cavabı ilə bir daha təsdiq edib ki, Laçın yolunun Azərbaycan tərəfindən blokadası yoxdur.
Bizim.Media