Türkiyədən İsveçə ŞƏRT: Bu halda NATO-ya daxil ola bilməyəcək - FOTO 

Hazırda oxunan: Türkiyədən İsveçə ŞƏRT: Bu halda NATO-ya daxil ola bilməyəcək - FOTO 

114461

Türkiyə İsveçin terrorçu kimi tanınan təşkilatlara dəstəyini pislədi. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın rəsmi “Twitter” hesabında paylaşım edib. 

Kalın bildirib ki, İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin terrorçu kimi tanıdığı təşkilatlara dəstək verdiyi müddətcə irəli gedə bilməyəcək: 

“Biz yenə açıq deyirik: terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər ölkənin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil. Biz Stokholmda Türkiyə Prezidentinə qarşı törədilən bu mənfur hərəkətləri qəti şəkildə pisləyirik. Məsələ ilə bağlı reaksiya və gözləntilərimizi İsveç rəsmilərinə çatdırdıq. Belə hərəkətlərə qarşı konkret tədbirlərin görülməsi qanunun tələbi və üzərimizə düşən öhdəlikdir” 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin