Azərbaycanda inzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin dördüncü, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:59 / 12.01.2023
“Dövlət qulluğu haqqında” qanuna DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: “Dövlət qulluğu haqqında” qanuna DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: “Dövlət qulluğu haqqında” qanuna DƏYİŞİKLİK EDİLDİ
114450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.