Qan üzərində SƏLTƏNƏT - Fransanın müharibə ritorikası ilə SÜLHYARATMA cəhdləri

Hazırda oxunan: Qan üzərində SƏLTƏNƏT - Fransanın müharibə ritorikası ilə SÜLHYARATMA cəhdləri

114411

XXI əsrdə demokratiya və insan haqlarından dəm vuran bir sıra ölkələr bu dəyərlərdən siyasi manipulyasiya vasitəsi kimi istifadə edirlər. Bu fonda da onlar ikili standartlardan çıxış edirlər.

Belə ölkələrin başında isə hər addımda başqa dövlətlərdə demokratiyanın olmasının vacibliyindən danışan, amma öz maraqlarına toxunduqda bu dəyərləri “uf” demədən ayaqları altına alan Fransa gəlir.

Dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan haqlarının pozulması, məhdudlaşdırılması kimi hallar hər an baş verir.

Uzağa getməyək, 2020-ci ilin noyabrın 28-də Fransanın 70 şəhərində polisin və jandarmın foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik barədə” qanun layihəsi əleyhinə keçirilən etiraz aksiyalarında poliz amansızlığı baş verib.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 2014-cü ildə isə Parisdə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri asayiş keçikçiləri tərəfindən döyülərək öldürülüb. Polisin amansızlığı “sarı jiletlilər” aksiyası zamanı da özünü göstərib.

Göründüyü kimi, Fransa demokratik dəyərlərə münasibətdə də ikili standartlardan çıxış edir. Başqalarından bu azadlıqları tələb edən Paris özünə gəldikdə, dinc nümayişləri amansızcasına dağıdır, insanların toplaşma azadlığına imkan vermir.

Bu faktlar onu deməyə əsas verir ki, Parisin dünyaya “demokratiya dərsi” keçməyə, başqalarına bu yöndə “tövsiyyələr” verməyə mənəvi haqqı yoxdur. Əslində, Fransaya demokratik dəyərlər prizmasından yanaşsaq, onun bu dəyərlərə tamamilə yararsız olduğu bütün çılpaqlığı ilə üzə çıxır.

Fransa bir dövlət olaraq sülhyaratma missiyasına da uyğun gələn ölkə deyil. O ATƏT-in Minsk qrupunun həmsədri postunda olduğu bütün dövrdə bitərəfli mövqe sərgiləmək əvəzinə, daima ermənipərəst mövqedən çıxış edib.

Bu azmış kimi, Paris 2020-ci ilin 10 noyabr bəyannaməsinə də qərəzli yanaşıb. Dünyada sülhün olmasını istəyən bir ölkə tərəflər arasında imzalanan sazişi alqışlamaq əvəzinə, ona qərəzli münasibət sərgiləyib. Bu isə Parisin öz maraqlarına cavab vermədiyi təqdirdə heç də sülhdə maraqlı olmadığına işarədir.

Bu fonda Fransanın İrəvanın istəyinə uyğun sülhyaratma missiyasında iştirakı aydın məsələdir ki, əslində sülhə deyil, gərginliyin daha da artırılmasına xidmət edəcək.  Paris ermənilərə status verilməsini istəyir.

Ermənilərə bu qədər sevgisi varsa, Makron ilk növbədə əhalisinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərinə muxtariyyət və hətta müstəqillik versin. Sülhyaratmadan dəm vuran Fransanın hər iki qanunverici orqanı Azərbaycana qarşı qərəzli mövqe tutaraq, ona sanksiya tətbiq edir.

Bu yaxınlara qədər Paris Mərkəzi Afrika Respublikasında da guya sülhyaratma fəaliyyətilə məşğul olurdu. Ancaq onların yürütdüyü sülhə zidd siyasətin nəticəsidir ki, sonda Fransanın “sülhyaratma qüvvələri” MAR-ı tərk etmək məcburiyyətində qaldılar.

Fransa öz tarixi boyu qəsbkarlıq, müstəmləkəçilik fəaliyyətində bulunub. Bu zaman o əsarət altına aldığı xalqlara qarşı amansızlığı ilə seçilib. Fransa keçən əsrin 50-60-cı illərindı Əlcəzairdə, Vyetnamda xeyli sayda insanı amansızlıqla qətlə yetirib.

Azərbaycan Ermənistan məsəməsində isə qeyd etdiyimiz kimi, tərəf saxlayır. Belə bir ölkənin sülhyaratma missiyasında iştirakı heç bir halda sülhə xidmət edə bilməz. Fransa sülh göyərçini pərdəsi altında gizlənməklə sadəcə olaraq, öz maraqlarının təmin edilməsinə çalışır. Onun üçün sülh deyil, özünün maraqları daha önəmlidir.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, Fransa bölgəmizlə bağlı yürütdüyü siyasəti onun sülh yaratmaq missiyasının əslində sağlam niyyət daşımadığını göstərir:

“Onun məqsədi heç də sülhyaratmaq deyil, ona maneə olmaqdır. Onun məramı bölgədə öz maraqlarını reallaşdırmaqdan ibarətdir. Bu yolda da çalışır ki, Ermənistandan alət olaraq istifadə etsin. Ancaq Fransanın istəyinin heç bir perspektivi yoxdur. Ola da bilməz.

Fransa Ermənistana Qara dəniz vasitəsilə silah-sursat göndərmək planları üzərində çalışır. Belə olduğu halda, açıq şəkildə görünür ki, Fransanın niyyəti bölgədə sülh yaratmaq deyil, əksinə müharibənin yenidən alovlanmasına nail olmaqdır.
Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, Fransa sülhməramlılarının regionumuza gəlməsinə heç bir lüzum yoxdur. Bir halda ki, Rusiya kontingenti buradadır, əlavə kontingentə ehtiyac yoxdur. Fransanın anormal bəyanatları da göstərir ki, o sırf Azərbaycana qarşı siyasət aparmaq niyyətindədir. Onun nəzərindəki sülh yox, gərginlikdir. Azərbaycan buna imkan verməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin