İşdən qanunsuz çıxarılan 100-dən çox şəxs əvvəlki işlərinə bərpa etdirilib

Hazırda oxunan: İşdən qanunsuz çıxarılan 100-dən çox şəxs əvvəlki işlərinə bərpa etdirilib

114390

Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müxtəlif müəssisələrdə 104 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bizim.Media xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin işçilərin hər biri əvvəlki işlərinə bərpa etdiriliblər.

Həmçinin son bir ildə işəgötürənlər tərəfindən 628 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 95 faizini əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin