"Səfir müharibə başlanan kimi yəhudiləri Azərbaycana dəstək olmağa çağırdı" - Melix Yevdayev

Hazırda oxunan: "Səfir müharibə başlanan kimi yəhudiləri Azərbaycana dəstək olmağa çağırdı" - Melix Yevdayev

11435

Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İsrailin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Qurumun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, QMİ sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda azərbaycanlılarla çiyin-çiyinə mübarizə aparan xristianlarla yanaşı yəhudi vətəndaşlarımızın vətənpərvərlik nümunələrindən bəhs edib.

 

MÖVZU İLƏ BAĞLI:

Allahşükür Paşazadə BMT-nin tədbirində iştirak etdi - FOTO



İsrail səfiri  Azərbaycan kimi dini tolerantlığın, dinlərarası dostluq və əməkdaşlığın bariz nümunəsinin mövcud olduğu bir ölkəyə təyinat almasından böyük fəxr duyduğunu xüsusi qeyd edib.

Səfir Azərbaycanda 30.000-dən artıq yəhudi icmasının  antisemitizmdən uzaq, dinlərarası harmoniya mühitində yaşamasını, sinaqoqlarda ibadətlərini rahat, təhlükəsiz şəkildə həyata keçirmələrini böyük nemət kimi dəyərləndirib.

Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev bildirib ki,  səfir C.Dik Azərbaycandakı Vətən müharibəsinin ilk günlərində Bakıdakı sinaqoqa təşrif buyuraraq, oradan dini icma üzvləri ilə bərabər  dünya  yəhudilərinə müraciət etmiş, Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa çağırış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin