Çin dünyada ilk ekoloji təmiz sərnişin qatarını istifadəyə verib.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, qatar Sinjindəki Çenqdu istehsalat bazasında konveyerdən çıxıb.
Məlumata görə, maksimum sürəti 160 km/saat olan dörd sürətli vaqondan ibarət və quraşdırılmış hidrogen enerji sisteminə malik qatar bir dəfəyə 600 kilometr yol qət edə bilir.
Yeni qatar müxtəlif “smart” monitorinq sistemləri və sensorlar, eləcə də yüksək sürətli 5G bağlantısı ilə təchiz edilib. Süni intellektin nəzarəti altında olan vahid sistem təhlükəsizliyi təmin etmək üçün marşrutlar üzrə bütün qatarların iş vəziyyətini qiymətləndirərək, böyük həcmdə məlumatları təhlil edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:58 / 12.01.2023
Çindən NÖVBƏTİ İXTİRA – Bu dəfə ekoloji təmiz QATAR
Hazırda oxunan: Çindən NÖVBƏTİ İXTİRA – Bu dəfə ekoloji təmiz QATAR
Hazırda oxunan: Çindən NÖVBƏTİ İXTİRA – Bu dəfə ekoloji təmiz QATAR
114302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.