Akar Ukraynanın müdafiə nazirinə təcili atəşkəs elan edilməsinin vacibliyindən DANIŞDI 

Hazırda oxunan: Akar Ukraynanın müdafiə nazirinə təcili atəşkəs elan edilməsinin vacibliyindən DANIŞDI 

114271

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, danışıq zamanı Akar tərəfindən daha çox insan ölümünün qarşısını almaq, sülh və sabitliyi bərpa etmək üçün təcili atəşkəs elan edilməsinin vacibliyi vurğulanıb. 
Nazir başda Prezident Ərdoğan olmaqla, Türkiyənin regionda sülhün təmin olunmasında və bütün səviyyələrdə humanitar yardımların çatdırılmasında indiyə qədər olduğu kimi bundan sonra da üzərinə düşən vəzifəni əsirgəməyəcəyini bildirib. 

Tərəflər “Taxıl dəhlizi”ndən də danışıblar və Akar bildirib ki, dəhliz çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti nəticəsində təxminən 17 milyon ton taxıl Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşınıb və bu təşəbbüs fasiləsiz şəkildə davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin