Xalq artisti Flora Kərimova Əməkdar artist Teymur Əmrahı bağışlamasından söz açıb.
Bizim.Media xəbər verir ki, sənətkar “YouTube”da yayımlanan “Astar” layihəsində qonaq olarkən həmkarının ona qarşı haqsızlıqlarından bəhs edib.
“Heç zaman heç kimi bağışlamıram. Bir dəfə yalnız Teymur Əmraha göz yummuşam. Bununla da bitdi. Ona görə göz yumdum ki, onun ifası xoşuma gəlir. Teymur hərdən bir danışığını bilməyən insandır. Xasiyyətcə stabil insan deyil. Teymur Əmrah mənə qarşı haqsızlıqlar edib”, - deyə F.Kərimova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media