“İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.
"2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ixracın payına düşür.
2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb. Sənaye zonalarında 10400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 mln.-a yaxın investisiya-nın yatırılması və 4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - nazir bildirib.
Bizim.Media
İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb. 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. ₼ dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ₼-ı ixracın payına düşür.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 11, 2023
1/2