Hicablı qadınlar İran baş prokurorunun HƏDƏFİNDƏ

Hazırda oxunan: Hicablı qadınlar İran baş prokurorunun HƏDƏFİNDƏ

114135

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri polis qüvvələri və başqa əlaqədar dövlət qurumlarına məcburi hicab qaydalarını riayət etməyənlərə qarşı sərt və kəskin tədbirlərin görülməsi barədə göstəriş verib. 

Bizim.Media xəbər verir ki, baş prokurorun müavini Əbdülsəməd Xürrəmabadi yanvarın 10-da mediaya verdiyi açıqlamada bu barədə danışıb və bununla yanaşı, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Möhsüni Ejeinin də məsələ ilə bağlı əlavə tapşırıqlar verdiyini deyib. 

Qulamhüseyn Ejei ölkə prokurorları, eləcə də Ümumi və İnqilab Məhkəmələrinə göndərdiyi sərəncamda məcburi hicabla bağlı qaydalara əməl etməyənlərə qarşı əlavə cəzaların tətbiq edilməsini istəyib. 
Sərəncamda hicab qaydalarını pozanlara qarşı cərimədən başqa, 6 ay müddətinə ölkədən çıxışa qadağa, işdən çıxarılma, sürgün, dövlət işlərindən uzaqlaşdırma və başqa bu kimi cəzaların verilməsi tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin