Şimal bölgəsinə bu gecə də xeyli qar və şaxta düşüb.
Bizim.Media-nın şimal bürosunun məlumatına görə, bölgə üzrə ən çox şaxta və qar yenə Altıağac və Qrızda olub.
Xızının Altıağac qəsəbəsində bu gün səhər isə qarın hündürlüyü 31 sm təşkil edib, - 8,5 dərəcə şaxta qeydə alınıb.
Ən çox şaxta isə ənənəvi olaraq Qubanın Qrız kəndində 16,2 şaxta müşahidə edilib.
Quba ərazi hidrometerologiya müəssisəsinin məlumatına görə, bölgənin bütün rayonlarında qar və şaxta qeydə alınıb. Avtomobil yolları buz bağlayıb. Yollarda yerli qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu