“Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!”
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik.
Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident vurğulayıb ki, biz lazımi tədbirləri görürük və Ermənistanın bizim üçün təhlükə yaratmasına heç vaxt imkan verə bilmərik.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:22 / 10.01.2023
İlham Əliyev: “Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək”
114096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.