Niderland Aİ-yə İrana qarşı sərt sanksiyalar başlatmağa ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Niderland Aİ-yə İrana qarşı sərt sanksiyalar başlatmağa ÇAĞIRIŞ ETDİ 

114092

Niderland İranda insan hüquqlarının pozulmasına görə sərt sanksiyaların tətbiqini zəruri hesab edir. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte “Twitter”də bildirib. 

"İran rejiminin qeyri-insani hərəkətləri cəzasız qala bilməz. Niderland Avropa İttifaqı tərəfindən sərt sanksiyaların tərəfdarıdır. Narahatlığımızı açıq şəkildə bildirmək üçün bir daha İran səfirini çağırırıq", - Rutte qeyd edib. 
Qeyd edək ki, Tehran, Məşhəd və Kərəcdə dörd etirazçı - Möhsün Şəkəri, Məcidreza Rəhnavard, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni barəsində çıxarılan ölüm hökmü icra olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin