Prezidentdən Zəngəzur dəhlizinin Azərbaycan üçün strateji əhəmiyyəti ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Prezidentdən Zəngəzur dəhlizinin Azərbaycan üçün strateji əhəmiyyəti ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

114054

“Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”


Ölkə başçısı qeyd edib ki, bu layihə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapıb: 

“Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”. 

Prezident İlham Əliyev deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir.

“Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, - deyə İlham Əliyev vurğulayıb. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin