BİZİM TƏQVİM: İlk lotereya oyunu harda oynanılıb?

Hazırda oxunan: BİZİM TƏQVİM: İlk lotereya oyunu harda oynanılıb?

114028

1920-ci ilin bu günündə Paris Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqilliklərinin de-fakto tanınması haqqında qərar yekdilliklə qəbul olunub.

Bu uğur Paris sülh konfransında iştirak edən Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin səkkiz aylıq gərgin və səmərəli diplomatik fəaliyyəti nəticəsində qazanılıb.

Bəs, 11 yanvarda daha hansı əlamətdar hadisələr baş verib?

1. 630-cu ilin bu günlərində Hz. Məhəmmədin başçılığı altında İslam Ordusu Məkkəni fəth edib.  Bütpərəstlərin əlindən alınan Məkkədə İslam peyğəmbəri ümumi əhf elan edib və Kəbə bütlərdən təmizlənib.

2. 11 yanvar 1569-cu ildə tarixdə ilk dəfə olaraq İngiltərədə, Müqəddəs Pavel kilsəsində lotoreya oynanılıb. İlk lotoreyanın uduş fondu 5 min (hazırkı məzənnə ilə 850 min) funt sterlinq dəyərində idi.

3. 11 yanvar 1919-cu ildə Rumıniya Transilvaniyanı tutub.

4. 11 yanvar 1922-ci ildə ilk dəfə olaraq diabet xəstələrini müalicə etmək üçün insulindən istifadə edilib.

5. 1935-ci ilin bu günündə Ameliya Erhart Havay adalarından Kaliforniyaya uçuş həyata keçirib.

6. 1942-ci ilin bu günündə İkinci Dünya Müharibəsi çərçivəsində Yaponiya Kuala-Lumpuru ələ keçirib.

7. Albaniya 1946-cı il 11 yanvarda özünü xalq respublikası elan etdi. Qeyd edək ki, Balkan yarımadasının qərbində yerləşən bu ölkə 1912-ci ildə müstəqillik qazanıb.

8. 1962-ci ilin 11 yanvarında Peru təbii fəlakətlə sarsıldı: ölkənin ən yüksək dağı olan Nevada Huaskaran vulkanı aktivləşdi. Vulkanın həm partlama və həm də eyni gündə yaratdığı torpaq sürüşmələri nəticəsində minlərlə adam həyatını itirdi.

9. 11 yanvar 1972-ci ildə Şərqi Pakistanın adı dəyişdirilərək Banqladeş adlandırılıb.

10.  Dünyaşöhrətli məşhur estrada müğənnisi Maykl Cekson (Michael Jackson) "Thriller" albomuyla 1984-cü ilin 11 yanvarında 8 “Grammy” mükafatı qazandı.

11 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Alman əsilli görkəmli rus bəstəkarı, SSRİ və Azərbaycanın Xalq artisti Reynqold Qliyer 1875-ci ilin bu günü Ukraynanın paytaxtı Kiyevdə anadan olub.  Reynqold Qliyer 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvətilə Bakıya gəlib, Azərbaycan musiqi folkloru və xalq arasında geniş yayılmış “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” operasını yazıb. (1875-1956)

2. Tanınmış teatr və kino rejissoru Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərində anadan olub.

3. Azərbaycanın əməkdar məşqçisi Faiq Qarayev 1969-cu ilin məhz bu günü anadan olub. Azərbaycanda valeybolun inkişafında böyük xidmətləri olan Faiq Qarayev milli komandanın baş məşqçisidir.

4. 11 yanvar 1970-ci ildə Türkiyəli müğənni Mustafa Sandal dünyaya göz açıb.

5.  Azərbaycanlı şahmatçı Vüqar Həşimov 2014-cü ilin bu günü dünyasını dəyişib. 2009-cu ildə məhz Qrossmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu etmişdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin