Paşinyan Azərbaycanla sülh müqaviləsini hansı şərtlər daxilində imzalamayacağı deyib.
Bizim.Media “Sputnik Ermənistan” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə o, yanvarın 10-da keçirilən mətbuat konfransında danışıb.
“Sənəd Ermənistanın dövlət maraqlarına cavab verməsə, ondan imtina ediləcək”, deyə o, “Sputnik Armeniya”nın sualını cavablandırarkən bildirib.
Paşinyan razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyini qeyd edib:
“Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib”.
Baş nazir hesab edir ki, Ermənistan sülh müqaviləsi bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək: “Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək.
Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:35 / 10.01.2023
Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır”
Hazırda oxunan: Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır”
Hazırda oxunan: Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır”
113989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.