Ermənistan Qarabağın taleyini təyin etmək iddiasında deyil – Paşinyan

Hazırda oxunan: Ermənistan Qarabağın taleyini təyin etmək iddiasında deyil – Paşinyan

113986

Ermənistan Qarabağın taleyini həll etmək iddiasında deyil, Xankəndi ilə Bakı arasında dialoq lazımdır.

Bizim.Media “Sputnik Ermənistan” Telegram kanalına istinadən xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır, Ermənistanın təhlükəsizliyinin təminatçısı isə Rusiyadır:

“İrəvanın mövqeyi ondan ibarətdir ki, Qarabağ məsələsində tərəflər üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Ermənistanı böyük təxribata sürükləməyə, Qarabağda müvəqqəti yaşayan erməniləri sındırmağa çalışırlar. Onların təhlükəsizliyinin təmin edilməsi məsələsində Moskvanın mövqeyi və Rusiya sülhməramlılarının işi önəmlidir”.

Paşinyan yenidən BMT Təhlükəsizlik Şurasında rus sülhməramlılarına beynəlxalq mandatın verilməsi ilə bağlı tezis irəli sürüb.

Onun fikrincə, regiona beynəlxalq sülhməramlı missiyanın göndərilməsi ilə bağlı da müzakirələrə başlanılmalıdır.

Yeri gəlmişkən, Paşinyan “Ermənistan Qarabağın taleyini həll etmək iddiasında deyil” və “Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır” deməklə özünü dolaşığa salıb. 
Rəsmi İrəvan və onun “küçə inqilabından” hakimiyyətə gələn lideri anlamalıdır ki, Qarabağın taleyini Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan 2020-ci ilin noyabrında həll edib.  “Ermənistanın təhlükəsizliyinin təminatçısı Rusiyadır” məsələsinə gəlincə isə, bu, adları çəkilən ölkələrin müstəsna hüquqlarıdır. Azərbaycan yalnız öz ərazisinin suverenliyi və bütövlüyü uğrunda mübarizə aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin