“Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər. Sosial şəbəkədə haqqımda xoşagəlməz şərhlər yazanlar da həmin insanlardı. Şərhləri kimlərinsə adından yazırlar. Bir adamın otuz saxta “Instagram” hesabı var. Açıb gizlincə, oradan-buradan insanları şantaj edib, pis sözlər yazır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Şou xəbər” verilişinə müsahibəsində deyib.
Aylar əvvəl başına gələn xoşagəlməz hadisəyə görə efirlərə çıxıb xalqdan və həmkarlarından borc pul istəyən müğənni onun pis gününə sevinib, sosial şəbəkədə pis şərhlər yazanların bəzi sənət nümayəndələri olduğunu bildirib.
“Biz haqsızlığa görə efirə çıxmışdıq. Bir çox sənət dostlarım sağolsunlar yanımda oldular. Yanımda olmayanlar da onsuzda elə idilər. Şübhələnmişdim onlardan... Amma bu addımları ilə təsdiq etdilər öz xislətlərini. Bu zamana qədər bu insanları tanımamışdım”, - deyə Elza vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:20 / 10.01.2023
Elza həmkarlarını ASIB KƏSDİ: “Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” - VİDEO
Hazırda oxunan: Elza həmkarlarını ASIB KƏSDİ: “Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” - VİDEO
Hazırda oxunan: Elza həmkarlarını ASIB KƏSDİ: “Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” - VİDEO
113963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.