İranın Almaniyadakı səfiri XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: İranın Almaniyadakı səfiri XİN-ə ÇAĞIRILDI

113869

İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok jurnalistlərə açıqlamasında bildirib. 

“Mən İran səfirini bir daha Xarici İşlər Nazirliyinə çağırdım. İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq", - deyə Burbok bildirib. 

Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib. Avropa İttifaqı bu səbəbdən İran rəhbərliyinin hərəkətlərini pisləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin