Rusiyada maraqlı, həm də üzücü bir hadisə yaşanıb.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin sakini karqo vasitəsi ilə Çindən sifariş verdiyi ayaqqabının içindən yazılı kağız tapıb.
MÖVZU İLƏ BAĞLI:
Fransadan Çinə xəbərdarlıq: Uyğur türklərinin problemləri həll olunmasa...
Kağızda yazılıb ki, “Kömək edin, mən Çin həbsxanasındayam. Xahiş edirəm, uyğurlara kömək edin”.
Qeyd edək ki, son vaxtlar uyğurların yardım çağırışları artıb. Dünya isə Pekinə sanksiya xəbərdarlıqları etsə də, hələki uyğurların durumu ilə bağlı ciddi dəyişiklik yoxdur.
Yüz minlərlə uyğur qapalı müəssisələrdə, tikanlı məftillər arxasında əzablara düçar olur.
Bizim.Media