Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, şəhid ailəsi üzvlərinin və digər şəxslərin psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloqla birgə psixoloji yardım işi həyata keçirilir.
Bizim.Media xəbər verir ki, türkiyəli psixoloqlarla birgə yanvarın 9-dan etibarən Naxçıvan şəhərində də (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 116, Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası) müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım işinə başlanılıb.
Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Qeyd edək ki, psixoloji yardım işi Naxçıvan şəhəri ilə yanaşı, Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində də davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 09.01.2023
Türkiyəli psixoloqlar Naxçıvanda psixoloji yardım həyata keçirir - VİDEO
Hazırda oxunan: Türkiyəli psixoloqlar Naxçıvanda psixoloji yardım həyata keçirir - VİDEO
Hazırda oxunan: Türkiyəli psixoloqlar Naxçıvanda psixoloji yardım həyata keçirir - VİDEO
113854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.