Avropada təbii qazın qiyməti artıb

Hazırda oxunan: Avropada təbii qazın qiyməti artıb

113779

Avropada təbii qazın qiyməti həftənin ilk ticarət günündə 7% artıb.

Bizim.Media xəbər verir ki, bunu "ICE London" Fond Birjasının məlumatları göstərir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 773,6 dollar (+2%) səviyyəsində ticarətə başlayıb. Daha sonra onların dəyəri 811,4 dollar (+7%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 758,5 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin