Mətanət: “107 kiloqram olanda ürəyim partlayırdı” - VİDEO

Hazırda oxunan: Mətanət: “107 kiloqram olanda ürəyim partlayırdı” - VİDEO

113777

“O zaman 107 kiloya qalxmışdım. Pəhriz saxlamırdım, qolum sınmışdı, idman etmirdim, hərəkətdə olmurdum. İnan ki, ürəyim partlayırdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Yanar saat” verilişində deyib. 

İllərdir ki, artıq çəki ilə mübarizə apardığını söyləyən sənətçi 107-dən 66 kiloqram çəkiyə düşdüyünü açıqlayıb: 

“Ayaqlarımın, belimin ağrısından ayaqüstə dayana bilmirdim. Mənə o qədər çəki olmaz. Çünki sümüklərim xırdadır. Yaxşı ki, həmin kiloda çox az, haradasa 1 ay qaldım. Həmişə maksimum 93 kiloya qalxırdım, mənim üçün ən dəhşətli çəki 93 idi. 107-ə çatdım, dedim, dayan, axırına çıxım, sən də bax. Hazırda 66 kiloyam”. 
Qeyd edək ki, M.İsgəndərli yeddi ay əvvəl mədəkiçiltmə əməliyyatı keçirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin