Ermənilər azərbaycanlılardan kömək istəyən Toros Qazaryanı öldürmək istəyirlər - FOTO

Hazırda oxunan: Ermənilər azərbaycanlılardan kömək istəyən Toros Qazaryanı öldürmək istəyirlər - FOTO

113772

Ermənilər Azərbaycanlı hərbçilərdən kömək istədiyi üçün Toros Qazaryanı öldürməyə çağrışlar edirlər.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin (Toros Qazaryan) Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.
Bundan sonra isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Qazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib.

Hətta bir sıra erməni sosial şəbəkə istifadəçiləri Toros Qazaryan öldürmək lazım olduğunu da bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin