"Tərtər işi"nə görə tutulan generalla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: "Tərtər işi"nə görə tutulan generalla bağlı YENİ XƏBƏR

113765

"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması və ev dustaqlığına buraxılmaması ilə bağlı məhkəmə qərarlarından şikayətlərə baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bəkir Orucov məhkəmədə ittihamları qəbul etmədiyini, barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsində eyni gündə baxılan şikayətlərin heç biri təmin edilməyib. Məhkəmə Bakı Hərbi Məhkəməsinin hər iki qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtidai istintaq davam edir.

Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.
Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin