Britaniyalı səfir: “Ən çox sevdiyim film “Gün keçdi” filmidir” - FOTO

Hazırda oxunan: Britaniyalı səfir: “Ən çox sevdiyim film “Gün keçdi” filmidir” - FOTO

113640

“Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq “Dərviş Parisi partladır”a baxdım”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Tvitter səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld yazıb.

“Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi “Gün keçdi” filmidir”, deyə o, qeyd edib.

Səfir sonda istifadəçilərinə “Bəs sizin?” sualını verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin