Azərbaycanın qədim mədəniyyət şəhəri olan Şuşaya ötən gecədən qar yağıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.
Fotolarda şəhərin ağ örpəyə büründüyü aydın görünür. Qarın hündürlüyü 8-10 sm-ə çatıb.
Qar nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb. Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.
Xatırladaq ki, Şuşanın yaxınlığında, Xankəndi-Laçın yolunda faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyası iyirmi səkkiz gündür davam edir.
Bizim.Media