Umayra Tağıyeva: "Soyuq Sibir antisiklonu Azərbaycanda havanın dəyişməsinə səbəb olub"

Hazırda oxunan: Umayra Tağıyeva: "Soyuq Sibir antisiklonu Azərbaycanda havanın dəyişməsinə səbəb olub"

113565

“Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub. Bu gün, yanvarın 7-si saat 16:00-a olan məlumata görə, artıq respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağıb”.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur:

"Respublikanın bəzi ərazilərində şimal-şərq küləyi güclənib. Belə ki, Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin