Gəncədə ƏMƏLİYYAT - Şəhər sakinindən silah götürüldü - FOTO

Hazırda oxunan: Gəncədə ƏMƏLİYYAT - Şəhər sakinindən silah götürüldü - FOTO

113535

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Hüseynov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança və 6 ədəd patron aşkar  edilərək götürülüb. 

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Qəhrəmanovun üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşkarlanıb.  
Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Quliyev, Elçin Vəliyev, Cümşüd Həsənov, Şamxal Süleymanov və Ramin Abdullayev saxlanılıb. Saxlanılan şəxslərin üzərindən müxtəlif çəkilərdə narkotik maddə olan metamfetamin (“şüşə”) aşkar edilərək götürülüb. 

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin