Bürclər bu günə nə vəd edir?

Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?

11353

Astroloqlar bu günə olan ulduz falını açıqlayıb.

Qoç - problemlərin alternativ həll yollarını arayın. Dostların təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.

Buğa - bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə, qarşınızdakı insanı anlamağa çalışın.

Əkizlər - şərait sizi daha aktiv olmağa, irəlidə hərəkət etməyə, sürətli qərarlar verməyə vadar edəcək. Danışıqlarda və toplantılarda emosional olmayın, səsinizi yüksəltməyin. Konkret razılaşma əldə etməyə çalışın.

Xərçəng -  kombinasiyalar qurun, düşünün, təhlil edin, işlək sistemi formalaşdırmağa çalışın. Yerdəyişmə, hərəkət, səfər, ezamiyyət üçün əlverişli vaxtdır.

Şir - bu gün güclü yenilənmə potensialı var. Həyatınızda sizi nə isə qane etmirsə, o problemi həll etməyə başlayın, günü günə satmayın.

Qız - yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.

Tərəzi - bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.

Əqrəb - hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız.

Oxatan - komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.

Oğlaq - yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq.

Dolça - bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin. Birgə iş üçün aktiv gündür.

Balıqlar - mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür. Poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin