Koronadan əvvəl turistlərin heç getmədiyi şəhərlər də var.
Bizim.Media xəbər verir ki, “CNN İnternational” turistlərin heç vaxt getmədiyi şəhərlərin siyahısını hazırlayıb.
Norviç (İngiltərə)
Norviç İngiltərənin şərqində Norfolk əyalətindəki ən böyük şəhərdir. 12-ci əsrdən bəri bir şəhər status alan bu şəhərdə təxminən 132 min insan yaşayır.
Orhus (Danimarka)
Bir liman şəhəri olan Orhus Danimarkanın ikinci ən böyük şəhəridir. Ölkənin Yülen yarımadasının şimal-şərqində yerləşir.
Antverpen ( Belçika)
Belçikanın şimal-qərbində yerləşən, ölkənin ikinci ən böyük liman şəhəri olan Antverpen 16-17-ci əsrlərdə Avropanın ticarət mərkəzi olaraq qızıl çağını yaşayıb.
Sarayevo (Bosniya)
Sarayevo həm Osmanlı, həm də Avstriya-Macarıstan İmparatorluğu izləri ilə qarışan çox xüsusi bir yerdir. Xüsusilə mətbəxindən musiqiyə kimi təsir edicidi ...
Priştina (Kosovo)
Burada mədəniyyətə və sənətə həvəs göstərən dinamik, müasir bir cəmiyyət hüzur içində yaşayır. Çox gəzməli və görməli yerləri , abidələri olmasına baxçayraq çox turist cəlb etməyən yerlərdəndir.
MALMÖ (İSVEÇ)
Bura modernin klassiklə görüşdüyü bir yerdir. İsveçin Stokholm və Göteborqdan sonra üçüncü böyük şəhəridir ... Malmönu piyada gəzə bilərsiniz.
Vroslav (Polşa)
Polşanın dördüncü böyük şəhəri olan Vroslav bənzərsiz bir tarix və mədəniyyət qarışığıdır. Şəhərin köhnə memarlığı yaxşı qorunub və bu gözllik bura ziyarət edənləri heyrətlənirdə bilər.
Ankara (Türkiyə)
Təəccüblü gəlsə də Ankara da turistləri çox cəlb etməyən şəhərlərin siyahısında verilib. Bu şəhərin Atatürkün Anıtqəbiri, Hacı Bayram və Kocatepe məscidi və s. kimi görüləcək yerləri var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:32 / 10.02.2021
Koronadan əvvəl turistlərin heç getmədiyi şəhərlərin siyahısı - FOTO
Hazırda oxunan: Koronadan əvvəl turistlərin heç getmədiyi şəhərlərin siyahısı - FOTO
Hazırda oxunan: Koronadan əvvəl turistlərin heç getmədiyi şəhərlərin siyahısı - FOTO
11349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.