BƏƏ Ukraynaya 100 milyon dollarlıq generatorlar TƏDARÜK ETDİ 

Hazırda oxunan: BƏƏ Ukraynaya 100 milyon dollarlıq generatorlar TƏDARÜK ETDİ 

113445

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 100 milyon dollar olan humanitar yardım proqramı çərçivəsində Ukraynaya generatorların ikinci partiyasını göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Dövlət Əmlak Fondunun Mətbuat Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, BƏƏ Ukraynaya 1300 generatordan ibarət ikinci partiyanı təqdim edib.

Generatorlar Sumı, Çerniqov, Xarkov, Dnepropetrovsk, Luqansk, Donetsk vilayətlərində və Kiyevdəki məktəblərə, uşaq bağçalarına, tibb müəssisələrinə və istilik məntəqələrinə veriləcək. 
Xatırladaq ki, BƏƏ hələ ötən ilin dekabrında Ukraynaya 1200 generatorun daxil olduğu ilk partiyanı təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin