İran və Rusiyadan gətirilən kartofda zərərvericilər aşkarlandı

Hazırda oxunan: İran və Rusiyadan gətirilən kartofda zərərvericilər aşkarlandı

113396

İrandan və Rusiyadan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İran İslam Respublikasından idxal edilən 23 800 kq, “Baku Fruit Delivery” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin