Dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymaq mümkün ola bilər.
Lakin ÜST rəhbəri deyib ki, hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə yayılması müşahidə olunur.
Qebreyesus qeyd edib ki, omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkarlanıb. İndiyədək dünyanın 29 ölkəsində yeni növə rast gəlinib. Hazırda bəzi regionlarda virusun yayılması sürətlə artır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:56 / 06.01.2023
Koronavirusun yeni növü sürətlə yayılır - ÜST
Hazırda oxunan: Koronavirusun yeni növü sürətlə yayılır - ÜST
Hazırda oxunan: Koronavirusun yeni növü sürətlə yayılır - ÜST
113355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.