35-ə yaxın şadlıq sarayı cərimələndi - RƏSMİ 

Hazırda oxunan: 35-ə yaxın şadlıq sarayı cərimələndi - RƏSMİ 

113352

Ötən il atmosfer havasınnı çirkəndirdiyinə görə 35-ə yaxın şadlıq sarayı cərimələnib. 

Bizim.Media-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 

O bildirib ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşı obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. 

Qurum rəsmisi qeyd edib ki, qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunmuş, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilmiş və xəbərdarlıq məktubları göndərilmişdir. 
"2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilmişdir. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilmişdir.

Qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 233.1 və 237.1 maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunmuşdur. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olmuşdur. 

Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 45 şadlıq sarayı, ictimai iaşə və ailəvi istirahət mərkəzlərindən 5 şadlıq sarayıda atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilmişdir. 
Gəncə şəhərində 18, Naftalan şəhəri, Goranboy və Samux rayonlarının ərazilərində 5, Göygöl rayonu ərazisində 6 ictimai iaşə və şadlıq sarayında qaz-toztutucu qurğuların olduğu müəyyən edilmişdir.

Sözügedən obyektlərdə qurğuların işlək və saz vəziyyətdə saxlanılması üçün mütamadi olaraq filtirlərin təmizlənməsi işləri həyata keçirilir. 

Qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunmuşdur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin