Cüdo üzrə milli komandamız ilin əvvəlində ilk hazırlığı Avstriyada keçirəcək. Tatami ustalarımızın Avstriyada təlim-məşq toplanışı keçirməyi nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, təlim-məşq toplanışının Avstriyanın Mittersile bölgəsində keçirilməsi nəzərdə tutulub.
Məhz burada Avropa Cüdo İttifaqının təlim-məşq bazası yerləşir. Həmin vaxt bazada 50 ölkənin 700-ə yaxın cüdoçusu toplanışda olacaq.
Onların arasında olimpiya və dünya çempionları da var. Həm qadın, həm də kişi komandamızın üzvləri Avstiyaya yollanacaq ki, burada yığmanın əsas üzvləri ilə yanaşı, ehtiyat qüvvə də yer alacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:28 / 06.01.2023
Cüdoçularımız Avstriyaya gedir
Hazırda oxunan: Cüdoçularımız Avstriyaya gedir
Hazırda oxunan: Cüdoçularımız Avstriyaya gedir
113344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.