“Mançester Siti” İngiltərə Premyer Liqasının XIX turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etməklə 63 illik rekordu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, “şəhərlilər” London təmsilçisinə ardıcıl 4-cü matçda qalib gələrək buna nail olub.
Pep Qvardiolanın kollektivi “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.
Qeyd edək ki, “Mançester Siti” bundan əvvəl İngiltərə Liqa Kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə Kubokunun III raundunda üz-üzə gələcəklər.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 06.01.2023
“Mançester Siti” 63 illik rekordu TƏKRARLADI
Hazırda oxunan: “Mançester Siti” 63 illik rekordu TƏKRARLADI
Hazırda oxunan: “Mançester Siti” 63 illik rekordu TƏKRARLADI
113300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.