Xatirənin yeni FOTOLARI başına bəla oldu: "Yenə dayanmırsınız..." 

Hazırda oxunan: Xatirənin yeni FOTOLARI başına bəla oldu: "Yenə dayanmırsınız..." 

113269

Müğənni Xatirə İslamın paylaşdığı yeni fotolar başına bəla olub.

Bizim.Media xəbər verir ki, sənətçinin güzgü qarşısında çəkdirdiyi selfilərdə həddən artıq arıq düşməsi sosial şəbəkə əhlinin "dilinə düşüb".

Onlar Xatirənin bu qədər çəki atmasına inanmadıqlarını və fotolarında görünüşünü "fotoşop" vasitəsi ilə arıqlatdığını yazıblar.

Müğənninin onlara cavabı isə gecikməyib. Xatirə sosial şəbəkə hesabında post paylaşaraq, "fotoşop" iddialarına cavab verib. "Yenə dayanmırsınız... Biri yazır mədəkiçiltmə edib, biri yazır fotoşop edib, digəri yazıb mədəsinə balon qoyub və sairə. Ay insanlar, bu dəfə özümü heçnəsiz arıqlatmışam. Sınadım və bacardım. Hələ tam istədiyim nəticəni almamışam. Amma davam edirəm. Bu öz metodumdur. Kim bildi, bilmədi, gördü, görmədi yazır... Arada dayanın", - deyə Xatirə vurğulayıb.

Qeyd edək ki, Xatirə İslam verilişlərin birində heç bir əməliyyat etdirmədən 15 kiloqram çəki atdığını açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin