Biləsuvarda 7 min abonent qazsız qaldı

Hazırda oxunan: Biləsuvarda 7 min abonent qazsız qaldı

113251

Biləsuvar rayonunun bir hissəsi qazsız qalıb.

Bu barədə Bizim.Media-nın Cənub bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, Biləsuvar  rayonunun Xırmandalı kəndi ərazisindən keçən daşıyıcı qaz kəməri vətəndaş tərəfindən traktorla aparılan qazıntı zamanı zədələnib.

Nəticədə Biləsuvar şəhərində 3000 abonentin, Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin isə əksər hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb. Təmir işləri 6 yanvar tarixində günorta saatlarına başa çatdırılacaq.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin