Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Hazırda oxunan: Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

113241

"Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır". 

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər barədə "stadiosport.it" saytına müsahibəsində deyib. 

O qeyd edib ki, çətin qrupa düşsələr də, sonadək mübarizə aparacaqlar: "Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram".

2020-ci ilin avqustundan yığmaya rəhbərlik edən 67 yaşlı baş məşqçi geridə qalan müddətdə gördüyü işi də dəyərləndirib: "Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik". 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin