"Sputnik Litva"nın baş redaktoru casusluğa görə SAXLANILDI 

Hazırda oxunan: "Sputnik Litva"nın baş redaktoru casusluğa görə SAXLANILDI 

113234

“Sputnik Litva”nın baş redaktoru Marat Kasem Riqada xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını pozmaqda, eləcə də casusluqda ittiham olunur.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova münasibət bildirib. Nazirlik rəsmisi hadisənin araşdırıldığını deyib.

Onun sözlərinə görə, jurnalistin saxlanması beynəlxalq hüququn bütün normalarını pozur.

Latviya vətəndaşı Marat Kasem bir neçə il Moskvada “Russia Today” media qrupunda işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin